“Türk axını” qaz boru kəməri layihəsi Dumada qəbul edildi

“Türk axını” qaz boru kəməri layihəsi ilə əlaqəli saziş Rusiya parlamentinin aşağı palatası Dumada qəbul edildi.

655929
“Türk axını” qaz boru kəməri layihəsi Dumada qəbul edildi

“Türk axını” qaz boru kəməri layihəsi ilə əlaqəli saziş Rusiya parlamentinin aşağı palatası Dumada qəbul edildi.

Duma tərəfindən verilən açıqlamada “Türk axını” layihəsinin Rusiyanın enerji şirkəti “Gazprom”un 2019-cu ildən etibarən Türkiyə və Avropaya təbii qaz ixracatı ilə əlaqəli riskləri azaldacağı bildirilib.

“Rusiya qazının “Türk axını” layihəsi vasitəsilə aramsız və etibarlı şəkildə təmin edilməsi sayəsində Rusiya layihə çərçivəsində ilk  kəmərdən illik 750 milyon dollar gəlir əldə edəcəkdir” deyə açıqlamada vurğulanıb.

Açıqlamada layihə çərçivəsində tikilməsi planlaşdırılan ikinci xəttin isə qazı alacaq ölkələrin müəyyən edilməsindən sonra Rusiya üçün yenə əlavə gəlir təmin edəcəyi bildirilib və qeyd edilib ki, saziş çərçivəsində layihənin dənizdə tikiləcək hissəsi də vergilərdən azad olacaq.

 “Gazprom” “Türk axını” qaz boru kəməri layihəsi üzrə keçən il 23,5 milyard rubl sərmayə qoyuluşu həyata keçirib.

Qeyd edək ki, “Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə ediləcək. Layihə üzrə iki boru kəmərinin tikilməsi planlaşdırılır.

“Şimal axını 2” qaz boru kəməri ilə Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql ediləcəyi nəzərdə tutulur.

“Sibirin gücü” qaz boru kəməri Rusiyanın Sibirdəki Yakutsk və İrkutsk qaz istehsalı sahələrində hasil edilən qazı Şərqi Asiyaya və Çinə nəql edəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 61 milyard kubmetr təşkil edəcək və kəmərin uzunluğu 3 min 968 kilometr olacaq. Layihənin dəyəri isə 21,3 milyard dollardır.



Әlaqәli Xәbәrlәr