“Bunu Rakkada da görmək istəyirik”, P.Kuk

Piter Kuk ölkəsinin Suriyada Əl Bab əməliyyatına verdiyi dəstəyin terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən geniş miqyaslı koordinasiyanın hissəsi olduğunu bildirib.

655387
“Bunu Rakkada da görmək istəyirik”, P.Kuk

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Piter Kuk ölkəsinin Suriyada Əl Bab əməliyyatına verdiyi dəstəyin terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən geniş miqyaslı koordinasiyanın hissəsi olduğunu və bunu Rakkada da görmək istədiklərini söyləyib.

Vəzifədən ayrılmadan təşkil etdiyi son mətbuat konfransında Piter Kuk Rusiyadan sonra ABŞ və İngiltərəyə məxsus qırıcıların da Əl Bab əməliyyatına dəstək olması ABŞ ilə Rusiya arasında Türkiyə üzərindən adı qoyulmamış bir əməkdaşlıq olub olmadığına dair suala cavab verərək deyib ki, Türk müttəfiqlərimiz və əməkdaşlıq etdikləri qüvvələr DEAŞ-a qarşı əməliyyat həyata keçirir. Koalisiya ilə yaxın koordinasiya işləri davam etdirilir. Bunun detalları haqqında məlumat verə bilməyəcəyəm və digər ölkələr adından danışa bilmərəm. Amma bu DEAŞ-a qarşı daimi məğlubiyyət vermək üçün göstərilən geniş miqyaslı cəhdlərin hissəsidir.

DEAŞ terror təşkilatına hər tərəfdən təzyiq edilməsinin daşıdığı əhəmiyyəti vurğulayan  Kuk müxtəlif ölkələrin DEAŞ hədəflərini vurması ilə əlaqəli olaraq bildirib ki, Əl Babda görmək istədiyimiz elə budur. Eyni şeyi Rakkada da görmək istəyirik, Mosulda da Liviyada da eləcə. DEAŞ-ın bir yerləri özü üçün təhlükəsiz bölgəyə çevirməsinə icazə verməyəcəyik.

Pentaqonun mətbuat katibi Piter Kuk DEAŞ-ın yüksək səviyyəli səlahiyyətlilərindən Əbu Ənəs əl İraqının yanvarın 8-də Rakkaya gedərkən ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirilən əməliyyatda öldürüldüyünü də təsdiqləyib.

Kuk onu da əlavə edib ki, əl-İraqının keçmişdə Əl Qaidə ilə əlaqəsinin olduğu da məlumdur. Əl Qaidənin xarici hücumlarına məsul olduğu iddia edilən Məhəmməd Həbib Bussəddin əl Tunisi də yanvarın 17-də İdlib yaxınlığında həyata keçirilən hava hücumunda öldürülmüşdür.



Әlaqәli Xәbәrlәr