Mosula endirilәn zәrbәlәr nәticәsindә 12 dinc sakin hәlak olub

İraqın Mosul şəhərinin şimalında  beynəlxalq koalisiya qüvvələrinə aid olduğu iddia edilən döyüş təyyarələrinin  endirdiyi zәrbәlәr nәticәsindә 12 nәfәr hәlak olub.

651435

Bu barәdә  İraq ordusunda polkovnik rütbәsi ilә vәzifәsini icra edәn  Abdulmәlik Hüseyn el-Mәşhәdani mәlumat verib.

Onun sözlәrinә әsasәn,  beynəlxalq koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri  Mosulun  şimalında yerlәşәn  Əl Әrәb səmtindəki 5 evә zәrbәlәr endirib.

Әl-Mәşhәdani hava hücumu nәticәsindә 12 mülki vәtәndaşın hәlak olduğunu, 18 nәfәrin dә yaralandığını qeyd edib.

Әl-Mәşhәdani yaralıların Әl Kundi  bölgәsindәki  hәrbi bazaya çatdırıldığını bildirib.

Әlaqәli Xәbәrlәr