‘‘Fәrat Qalxanı’’  әmәliyyatı çәrçivәsindә 22 terrorçu öldürülüb

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’  әmәliyyatı çәrçivәsindә  DEAŞ-ın  22 üzvü öldürülüb.

649734
‘‘Fәrat Qalxanı’’  әmәliyyatı çәrçivәsindә 22 terrorçu öldürülüb

Bu barәdә  Türkiyә Silahlı Qüvvәlәrindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, әmәliyyat nәticәsindә  DEAŞ-a aid 160 hәdәfә atәş açılıb.

Endirilәn zәrbәlәr nәticәsindә terror tәşkilatına aid 40 hәdәf vurulub.

Hәyata keçirilәn әmәliyyatda terror tәşkilatına aid 29 sığınacaq, 3 qәrargah binası, 1 mәrmi vә 7 avtomobil mәhv edilib.

Qeyd edәk ki, terror tәşkilatı PKK-ya qarşı da әmәliyyatlar davam etdirilir.

Türkiyәyә aid qırıcılar İraqın şimalında yerlәşәn Zap bölgәsinә zәrbәlәr endirib.

Әmәliyyat nәticәsindә terrorçulara aid çox sayda silah vә 2 sığınacaq mәhv edilib.



Әlaqәli Xәbәrlәr