ABŞ PYD-nin də masada yer almasının vacibliyini irəli sürdü

ABŞ Suriyadakı uzun müddətli siyasi həll yolu axtarışlarında terror təşkilatı PKK-nın bu ölkədəki davamı olan PYD-nin də masada yer almasının vacibliyini irəli sürüb.

648594
ABŞ PYD-nin də masada yer almasının vacibliyini irəli sürdü

ABŞ Suriyadakı uzun müddətli siyasi həll yolu axtarışlarında terror təşkilatı PKK-nın bu ölkədəki davamı olan PYD-nin də masada yer almasının vacibliyini irəli sürüb.

Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında Suriyadakı vətəndaş müharibəsinin başa çatdırılması üçün BMT-nin liderliyindəki həll yolu axtarışlarının “yeganə həll” yolu olduğunu düşündüklərini bildirərək deyib ki, sülh danışıqlarında kimin iştirak edəcəyi, əlaqəli qruplara və Suriya xalqına qalıb.

Toner “PYD-nin masada yer ala biləcəyinimi deyirsiniz?” sualına isə belə cavab verib: “Bizim düşüncəmizə görə bir nöqtədə onlar da bu prosesdə iştirak etməlidir. PYD sahədə özünü təmsil edən qruplardan biridir. Suriyadakı uzun müddətli həll yolu axtarışlarında da öz düşüncələrini dilə gətirməlidirlər.

Mark Toner ölkəsinin terror təşkilatı PKK-nın Suriyadakı silahlı davamı olan YPG-yə silah vermədiyi barədəki sözlərini də bir daha dilə gətirib.

Bu sözlər qarşısında Tonerə ölkəsinin müdafiə naziri Eşton Karterin Senatdakı müraciətində Pentaqonun PYD-yə silah verdiyini qəbul etdiyi xatırladılıb.

Toner Karterin açıqlamalarından tərəf olmadığını, silahların PYD-yə verilmədiyini söyləyib.

Mark Toner “əgər PYD PKK deyildirsə nə üçün onlara silah vermirsiniz?” sualına isə dəqiq cavab verməkdən imtina edib.



Әlaqәli Xәbәrlәr