“Koalisiya qüvvələrinin İncirlik bazasından istifadəsinə icazə verilməsi bizim üçün dəyərlidir"
Peter Kook ölkəsinin və onun rəhbərliyindəki DEAŞ-a qarşı mübarizə aparan koalisiyanın Türkiyənin Adana vilayətindəki İncirlik bazasından istifadə etdiyinə görə minnətdar olduğunu bildirib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kook ölkəsinin və onun rəhbərliyindəki DEAŞ-a qarşı mübarizə aparan koalisiyanın Türkiyənin Adana vilayətindəki İncirlik bazasından istifadə etdiyinə görə minnətdar olduğunu və bunun davam etməsinə ümidini dilə gətirib.
Kook xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Fikri İşıqın “ABŞ-ın İncirlik bazasından istifadə edib Türkiyənin Əl Bab əməliyatlarına dəstək verməməsinin düşündürücü məqam olduğu” barədəki sözlərinin xatırladılması qarşısında deyib ki, İncirlik bazasının nə qədər önəmli olduğunu və koalisiyanın bundan minnətdarlıq duyduğunu dünən polkovnik Dorrindan eşitdiniz. Türkiyə ilə görüşlərimiz davam edir.
Pentaqonun sözçüsü Peter Kook onu da əlavə edib ki, Türk rəsmilərlə xüsusi danışıqlarımız davam edir. Bununla bağlı detallar vermək düzgün deyildir. İncirlik bazasından əməliyyatlar həyata keçirilir və bunların davam etdirilməsini istəyirik.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir