Con Dorian: ‘‘Əl Babda Türk ordusuna dəstək vermək üçün danışıqlar aparılır’’
Dorian İncirlik bazasının koalisiyaya әhәmiyyәtli şәrait yaratdığını bildirib.
Amerika Birləşmiş Ştatlarının rəhbərliyindəki koalisiya qüvvәlәrinin sözçüsü Con Dorian Əl Babda Türk ordusuna dəstək vermək üçün danışıqlar aparıldığını söylәyib.
Pentaqonda keçirilən telekonfransda Bağdaddan iştirak edən Amerikalı komandir Con Dorian İraq və Suriyada terror təşkilatı DEAŞ-a qarşı aparılan əməliyyatlarla bağlı sualları cavablandırıb.
Dorian İncirlik bazasının koalisiyaya әhәmiyyәtli şәrait yaratdığını bildirib.
Dorrian bazanın kəşfiyyat və hava hücumlarının hәyata keçirilməsində istifadə edildiyini qeyd edərək, Türkiyənin Suriyanın şimalında apardığı әmәliyyatların çox әhәmiyyәtli olduğunu vurğulayıb.
Dorian Suriyanın şimalında hazırda Amerika əsgərlərinin Türk əsgərləri ilә çalışdıqlarını lakin dəqiq olaraq harada olduqlarını deyә bilmәyәcәyini bildirib.
Con Dorian koalisiya qüvvәlәrinin Əl Babda Türkiyəyə dəstək verməsi üçün diplomatik danışıqların davam etdiyini də qeyd edib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir