Suriyadakı müxaliflər Astanadakı  danışıqlara  qatılmayacaqlarını açıqlayıblar

Suriyadakı müxalif qruplar, Bəşər əsəd ordusu və rejim tərəfdaşı silahlıların atəşkəs pozuntularının davam etmǝsi halında, Astanada keçirilǝcǝk sülh danışıqlarına qatılmayacaqlarını açıqlayıb.

643332
Suriyadakı müxaliflər Astanadakı  danışıqlara  qatılmayacaqlarını açıqlayıblar

Dünǝn müxaliflǝrin yaydıqları ortaq bǝyannamǝdǝ: “Rejim təşkəsə tamamilə riayǝt edǝnǝ dǝk, Astana müzakirələri ilə əlaqədar ediləcək danışıqlar və müşavirələri dayandırırıq. Rejim və onun tǝrǝfdaşlarının, Suriyada daha çox ǝraziyǝ nǝzarǝt cǝhdi vǝ regional dəyişm tǝlǝb etmǝlǝri atəşkəsin ən əhəmiyyətli bəndinin pozuntusu hesab edilir. Rejimin, atəşkəs razılaşması imzalanmadan əvvəlki şərtlərə riayǝt etmǝmǝsi, razılaşmanın hökmünü itirdiyi mǝnasını verǝcǝkdir. Rusiyanın təminatçısı olduğu əsəd rejimini atəşkəs şərtlərini hǝyata keçirmǝkdǝ qane etmǝmǝsi, Moskvanın rejim üzərindəki gücünün sorgulanmasına gǝtirib çıxaracaq”.

Suriyada toqquşan tərəflər arasında Türkiyənin də sǝyi nǝticǝsindǝ qǝbul edilǝn atǝşkǝs razılaşması, 30 dekabrda yerli vaxta görǝ saat 00.00-da, Türkiyǝ vaxtıyla da 01-dǝ qüvvəyə minmişdi. Ancaq əsəd qüvvǝlǝri və rejim tərəfdaşı xarici terrorist qrupların atəşkəs pozuntuları davam edir.

Bir yanvarda Hǝlǝbin qərbindəki Kefer ed-Dail qǝsǝbǝsindǝ hǝyata keçirilǝn hücumda 2 uşaq həyatını itirdi.

2 Yanvarda isǝ Rejim qüvvələri Dǝmeşqin Şərqi Quta bölgəsinə hücum tǝşkil edib.

Bölgədəki Cesreyn, Hamuriye, Deyr Kanun və Kafr zeyta qǝsǝbǝlǝriylǝ Yermuk qaçqın düşərgəsinə edilǝn hücumlarda 5 dinc sakin hǝyatını itirib.

Hamanın şimalındakı Yermuk qəsəbəsi və Caberiyǝ kəndi, İdlib Cisr əş-Şuğur, Hǝlǝbin qərbindəki Anadan qǝsǝbǝlǝri vǝ Homsun Telbisǝ qǝsǝbǝsi hǝdǝf götürülüb. Hücumlarda Telbisǝdǝ bir dinç sakin ölüb.

 



Әlaqәli Xәbәrlәr