Nəçirvan Bərzani İstanbulda törədilən terror hücumunu sərt sözlərlə pisləyib

Bərzani terrorun qarşısının tamamilə alınması üçün hər kəsin əməkdaşlıq etməsinin vacibliyini də dilə gətirib.

642758
Nəçirvan Bərzani İstanbulda törədilən terror hücumunu sərt sözlərlə pisləyib

Bərzani jurnalistlərə verdiyi açıqlamada İstanbulda yeni ildə törədilən və 39 nəfərin həlak olduğu terror hücumunu sərt şəkildə pislədiklərini bildirib. Bərzani terrorun qarşısının tamamilə alınması üçün hər kəsin əməkdaşlıq etməsinin vacibliyini də dilə gətirib.

Nəçirvan Bərzani jurnalistlərin terror təşkilatı PKK-nın Sincardakı varlığı ilə əlaqəli sualına cavab verərək deyib ki, PKK Sincardan çəkilməlidir. Təşkilatın bölgədəki mövcudluğu sabitsizliyə səbəb olur.

İraq Kürd Regional İdarənin baş naziri Nəçirvan Bərzani rəsmi Bağdad və Ankara arasındakı əlaqələrin bərpasında müsbət rol götürdüklərini bildirərək, baş nazir Binəli Yıldırımın 5-6 yanvar tarixlərində Bağdada edəcəyi səfərdən sonra Ərbilə də gələcəyini ifadə edib.



Әlaqәli Xәbәrlәr