‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә 44 terrorçu mәhv edilib

Suriyanın şimalının terror tәşkilatlarından tәmizlәnmәsi üçün Tütkiyәnin liderliyilә avqustun 24-dә  başlanılan ‘‘Fәrad Qalxanı’’ әmәliyyatı çәrçivәsindә  Әl-Babda 44 DEAŞ terrorçusu mәhv edilib.

639219

Türkiyә Silahlı Qüvvәlәrindәn verilәn mәlumata görә,  DEAŞ başda olmaqla terror təşkilatlarının yaratdığı təhdidi dəf edərək, sərhəd təhlükəsizliyini artırmaq və koalisiya qüvvələrinə dəstək vermək üçün Suriyanın şimalında avqustun 24-dә başlanılan  ‘‘Fərat Qalxanı’’ әmәliyyatı davam edir.

Әmәliyyatın 177-ci günündә Әl-Bab şәhәrinin  terrorçulardan azad edilmәsi istiqamәtindәki әmәliyyatların davam etdiyi bildirilir.

Әmәliyyat çәrçivәsindә terror tәşkilatı DEAŞ-ın 44 üzvü mәhv edilib, 117-si  dә yaralanıb. Baş verәn qarşıdurmalar nәticәsindә  müxalifәt qüvvәlәrinin 7 hәrbçisi yaralanıb.

Әmәliyyat çәrçivәsindә  hәmçinin terror tәşkilatı DEAŞ-a aid  154 hәdәfә atәş açılıb.

Terrorçuların mövqelәrinә atәş açılması nәticәsindә terrorçulara aid sığınacaqlar, müdafiә mövqelәri, silah və sürsatları mәhv edilib.

Әlaqәli Xәbәrlәr