İranda QİÇŞ-ə tutulanların sayı 33 minə çatıb
İranın səhiyyə nazirinin müavini Əli Əkbər Səyyarinin məlumatına görə İranda QİÇŞ xəstəliyinə tutulan şəxslərdən 8 mindən çoxu həyatını itirib. Xəstəliyə yolxumuş 18 min nəfərin müalicəsi davam edir.
Nazir müavini Səyyari bildirib ki, QİÇS-ə tutulmağa gətirib çıxaran son virus son 15 ildə geniş yayılıb. Xəstəliyin cinsi təmas yolu ilə yoluxma sürətində ilin ilk yarısında 43% artım qeydə alınıb. Bu əhəmiyyətli təhlükənin əlamətidir.
Nazir müavini Səyyarinin sözlərinə görə Hormozqan şəhəri QİÇŞ baxımından ən təhlükəli və riskli şəhərdir. Bu şəhərdə xəstəliyə yoluxan qadınların sayı kişilərə müqayisədə daha çoxdur.
Qeyd edək ki, dünyada qeydə alınmış 78 milyon QİÇS-ə tutulmuş xəstələrdən 35 milyonu həyatını itirib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir