Sergey Şoyqu:"Suriya ərazisində atəşkəsin təmin olunması üçün şərait yarandı"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyadakı vəziyyətin atəşkəsə çox yaxınlaşdığını dedi.

636576
Sergey Şoyqu:"Suriya ərazisində atəşkəsin təmin olunması üçün şərait yarandı"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyadakı vəziyyətin atəşkəsə çox yaxınlaşdığını dedi.
 
 Rusiya prezidenti Vladimir Putin ilə görüşdükdən sonra açıqlama verən Şoyqu Hələbdə müxaliflərin təxliyyəsinin sona çatdığını xatırladaraq, Suriya ərazisində atəşkəsin təmin olunması üçün şəraitin yarandığını söylədi.
 
Sergey Şoyqu: " Əməliyyat iki mərhələli olaraq Türkiyə və iranlı həmkarlarımızla qarşılıqlı əlaqə şəraitində həyata keçirildi. Bundan sonra növbəti mərhələ gəlməlidir. Məncə, Suriya torpaqlarında tam atəşkəsin təmin edilməsi məsələsində razılaşma  nöqtəsinə gəlmişik" dedi.
 
 Rusiya xarici işlər naziri Sergey Lavrovun müavini Gennadiy Qatilov isə, bütün Suriya ərazisində tətbiq olunacaq  atəşkəs planının, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüşlərdə müzakirə olunacağını söylədi.
 
İnterfax agentliyinə müsahibə verən Qatilov yanvar ayının ortalarında Türkiyə, İran və Rusiyanın iştirak edəcəyi danışıqların əsas mövzusunun bütün Suriya ərazisində atəşkəsin təmin olunması olduğunu bildirdi.
 
 Çərşənbə günü Moskvada keçirilən görüşlərdə üç ölkənin müdafiə və xarici işlər nazirləri: "Suriyada sülhün təmin olunmasına töhfə verməyə hazırıq" demişdilər.
 
 Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin keçən həftə Yaponiyaya etdiyi səfərdə Astanada keçiriləcək danışıqların Cenevrə danışıqlarının davamı  olacağını bildirmişdi.
 
 Putin Astanadaki iclasda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Suriyada sülhün davam etməsi barədə təklif irəli sürəcəklərini söyləmişdi.



Әlaqәli Xәbәrlәr