DEAŞ Mosulu minomyotlardan atəşə tutdu

İraqın Mosul şəhərində terror təşkilatı DEAŞ-ın minomyotlardan atdığ atəş nəticəsində 10 mülki vətəndaş həlak oldu.

634718
DEAŞ Mosulu  minomyotlardan atəşə tutdu

İraqın Mosul şəhərində terror təşkilatı DEAŞ-ın minomyotlardan atdığ atəş nəticəsində 10 mülki vətəndaş həlak oldu.
 
 Şəhərin şərq məhəllələrini hədəf alan hücumda 34 mülki vətəndaş da yaralandı.
 
 Yaralılardan 5-i vəziyyətlərinin ağır olması səbəbindən Ərbildəki xəstəxanalara göndərildilər.
 
 Mosulun hüquq-mühafizə qüvvələri isə Hayyul Qüds Məzarlığından Gökçəli Məhəlləsinə girməyə çalışan canl bombanı zərərsizləşdirdilər.
 
 Koalisiya qüvvələrinin hava dəstəyi ilə oktyabrın 17-də başlayan Mosul əməliyyatında şəhərin şərqində sürətli irəliləmə qeyd edilir, cənub və şimal hissələrində DEAŞ hücumları bu irəliləyişin qarşısını alır.


Etiketlәr: #İraq , #Mosul , #DEAŞ

Әlaqәli Xәbәrlәr