Hələbdən təxliyyə edilən üçüncü karvan yola düşüb

Suriyada rejim qüvvələri və İranın komandasındakı şiə milislərin mühasirəsindəki şərqi Hələbdən təxliyyə edilən üçüncü karvan yola düşüb.

631489
Hələbdən təxliyyə edilən üçüncü karvan yola düşüb
halep yaralılar.jpg
halep yaralılar.jpg

Suriyada rejim qüvvələri və İranın komandasındakı şiə milislərin mühasirəsindəki şərqi Hələbdən təxliyyə edilən üçüncü karvan yola düşüb.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu barədə özünün “Twitter” səhifəsində yazıb ki, cəhdlərimiz və təqib etmə fəaliyyətlərimiz aramsız davam edir. Suriyanın Hələb şəhərinin şərqindən hərəkət edən ikinci karvandakı min 198 dinc vətəndaş şəhərin qərb ərazilərində, müxalifətin nəzarətindəki bölgəyə çatıb.

16 avtobus, Suriyanın Qızıl Aypara Cəmiyyətinə məxsus 5 maşın və 11 mikroavtobusdan ibarət ikinci təxliyyə karvanı şərqi Hələbdən yola düşərək, Ramuse mahalında rejimin nəzarət məntəqəsindən keçib.

Daha sonra Raşidin bölgəsi istiqamətində irəliləyən karvan müxalifətin nəzarətindəki qərbi Hələb bölgəsinə çatıb.

577-si kişi, 320-si qadın və 301-i uşaq olmaqla  min 198 hələblini daşıyan ikinci təxliyyə karvanı Türkiyə sərhədində yerləşən və müxalifətin nəzarətindəki İdlib şəhəri istiqamətində irəliləyir.

Karvandakı qrupda 12 yaralının olduğu açıqlanıb. 

Bölgədən son 24 saatda 6 min nəfərin təxliyyə edildiyi bildirilir.

Təxliyyə edilən ilk karvanla yanaşı cəmi 2 min 284 hələbli əmin-amanlıq içində mühasirə bölgəsindən çıxarıldı.

Qeyd edək ki, ilk karvanın mühasirə altındakı bölgədən çıxmasına mane olmaq istəyən iranlı general Seyid Cavadın nəzarətindəki milis qüvvələr dinc vətəndaşlara və müxalifətin nəzarətindəki bölgələrə hücum edərək prosesi dəfələrlə təxrib etməyə cəhd göstərmişdi.

Atəşkəs və təxliyyə prosesi Türkiyə və Rusiya arasında keçirilən danıqışlar nəticəsində başladılıb.

Bu arada Hələbin şərqində yaradılan təhlükəsiz bölgədən çıxarılan və İdlibə aparılan yaralılardan vəziyyəti ağır olanlar Türkiyəyə gətirilib.

Cilvəgözü sərhəd məntəqəsindəki təhlükəsiz bölgəyə gətirilən yaralılar orda hazır gözlədilən təcili yardım maşınları ilə Hatay şəhərindəki müxtəlif xəstənalara yerləşdirilib.



Әlaqәli Xәbәrlәr