Sergey Lavrov Hələbdəki hərbi əməliyyatlara ara verildiyini bildirdi
Lavrov Almaniyanın Hamburq şəhərində keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 23-cü Nazirlər Şurasının iclası çərçivəsində jurnalistlərə müsahibə verdi.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriya rejiminin vətəndaşların təxliyyə olunması üçün Hələbdəki hərbi əməliyyatlara ara verdiyini açıqladı.
Lavrov Almaniyanın Hamburq şəhərində keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 23-cü iclası çərçivəsində jurnalistlərə müsahibə verdi.
Rusiyanın Xarici İşlər naziri vətəndaşların təxliyyə olunması üçün Hələbin şərq hissəsindəki əməliyyatlara ara verildiyini bildirdi.
Lavrov: " Hələbin şərqindən çıxmaq istəyən vətəndaşların təxliyyəsi üçün yeni və bu müddət ərzində ən böyük olan əməliyyat başlanılıb. Təxminən 8 min nəfərlik konvoy ayrılıb. Bu marşrutu 5 kilometr olan böyük bir əməliyyatdır" dedi.
Lavrov Qərb ölkələrinin Hələbdəki humanitar böhranın həll olunması üçün konkret bir addım təklif etmədiyini iddia etdi.
Sergey Lavrov Rusiyanın Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasının qərarı əsasında Suriyadakı terrorçularla sona qədər döyüşməyə davam edəcəyini qeyd edib.
Lavrov Rusiya və ABŞ hərbi ekspertlərinin Hələbdəki vəziyyəti müzakirə etmək məqsədilə şənbə günü Cenevrədə görüşəcəklərini bildirdi.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir