Mosuldan qaçanların sayı artır

İraqın Mosul şəhərinin terror təşkilatı DEAŞ-dan azad edilməsi üçün oktyabrın 17-də  başlayan əməliyyat davam edir.

621374
Mosuldan qaçanların sayı artır

BMT  Mosulda da humanitar yardım çağırışı edərək, şəhərdə yaşayan 500 minə yaxın insanın su sarıdan korluq çəkdiyini bildiridi.
 
 Mosuldakı humanitar vəziyyətin fəlakətə doğru getdiyini bildirən  BMT-nin İraqdakı humanitar yardım üzrə koordinatoru Liza Grande: "Yarım milyon insan hər gün yemək tapmağa çətinlik çəkir. İndi bir də içməli su problemi yarandı. Bunun uşaqlar, qadınlar və ailələr üzərindəki təsiri fəlakətlə nəticələnər" dedi.
 
 Bu arada, şəhərdən qaçanların sayı da artır.
 
 Şəhərin dörddə biri terror təşkilatı DEAŞ-dan azad edilib. Lakin  sabitliyin təmin olunmadığı bölgələrin əhalisi evlərini tərk edir.
 
 70 mindən çox insan salınan düşərgələrə gedir. Şəhərdən qaçanların ailələri DEAŞ-ın təhdidi səbəbindən mətbuat nümayəndələrinə görüntü vermək istəmirlər.
 
 Qeyd edək ki, İraqın ikinci böyük şəhəri Mosulun terror təşkilatı DEAŞ-dan azad edilməsi üçün İraq Ordu birlikləri, Peşmerge qüvvələri və Başika Şəhərciyindəki Türkiyə əsgərlərinin təlim verdiyi Ninova Mücahidləri17 oktyabrda əməliyyata başlamışdı.



Әlaqәli Xәbәrlәr