İranda kəşfiyyat təyyarəsi düşüb

İran İnqilab Mühafizə Ordusuna məxsus “Gyroplane” tipli kəşfiyyat təyyarəsi, Pakistan sərhədində qəzaya uğrayıb.

621692
İranda kəşfiyyat təyyarəsi düşüb

Sistan - Bəlucistan əyalətinin Seravan rayonunda baş verən qəzanın səbəbi hələ ki bilinmir. Təyyarənin pilotu isə həyatını itirib.

Eyni bölgədə 11 Oktyabrda da bir təyyarə düşmüş və iki pilot həyatını itirmişdi.

Gyroplane tipi təyyarələr, İran İnqilab mühafizə Ordusunun Quru qüvvələri tərəfindən kəşf məqsədli istifadə edilir.



Әlaqәli Xәbәrlәr