DEAŞ satqınlıqda günahlandırdığı Mosul vətəndaşlarını qətlə yetirir

Birləşmiş Millətlər Təşkilatı terror təşkilatı DEAŞ-ın İraqın Mosul şəhərində satqınlıqda günahlandırdığı vətəndaşları qətl etdiyini bildirdi.

608886
DEAŞ satqınlıqda günahlandırdığı Mosul vətəndaşlarını qətlə yetirir

    BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı  Mosulda mühasirəyə alınan terrorçuların xainlik və əməkdaşlıqda günahlandırdığı 40 mülki  vətəndaşı asdığını açıqladı.
 
 BMT eyni zamanda, terror təşkilatının mobil telefon istifadə edən bir şəxsin məlumat sızdırması iddiası ilə 20 mülki vətəndaşı vurduğunu bildirdi.
 
 BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığının sözçüsü Ravina  Shamdasani DEAŞ-ın qaçırdığı qadınların bəzilərinin terrorçulara verildiyini söylədi.
 
 Shamdasaninin verdiyi məlumata görə, mülki vətəndaşların yaşadığı bölgələrdə ammonium və sulfid ehtiyatları olan terror təşkilatı qarşıdakı günlərdə kimyəvi silah hücumu törədə bilərlər.
 
 Digər tərəfdən, Mosulun cənubundakı Hammam Alildə həftənin əvvəlində tapılan kütləvi məzardakı cəsədlərin sayı 400-ə çıxdı.
 
Bölgədə daha əvvəl 100 nəfərə aid sümüklərin tapıldığı bildirilmişdi.
 
 Məzarların bir və ya iki ay əvvəl qazıldığı  və cəsədlərin çoxunun çürümədiyi qeyd olunur.
 
 Qeyd edək ki, oktyabrın 17-də İraq Ordu birlikləri, Peşmərgə qüvvələri və Başika düşərgəsində Türk əsgərlərinin təlim verdiyi Ninova Mücahidləri Mosulu terror təşkilatı DEAŞ-dan azad etmək üçün əməliyyata başlamışdılar.
Bu günə qədər yüzdən çox kənd və bir neçə rayon terror təşkilatından təmizlənib.
 
 Didərgin düşən insanların sayı isə son məlumatlara görə, 35 minə yaxındır.



Әlaqәli Xәbәrlәr