Kıbrıs məsələsilə ilə bağlı müzakirələrdə müsbət irəliləyiş

Kıbrıs məsələsinə həll yolu tapmaq məqsədi ilə BMT-nin nəzarətində İsveçrənin Mont Pelerin qəsəbəsində keçirilən müzakirələrdə müsbət irəliləyiş qeydə alınıb.

605816
Kıbrıs məsələsilə ilə bağlı müzakirələrdə müsbət irəliləyiş

Kıbrıs məsələsinə həll yolu tapmaq məqsədi ilə BMT-nin nəzarətində İsveçrənin Mont Pelerin qəsəbəsində keçirilən müzakirələrdə müsbət irəliləyiş qeydə alınıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata əsasən, müzakirələrdə iştirak etmək üçün Mont Pelerin qəsəbəsinə gələn BMT Baş katibi Pan Gi Mun Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı və Rum lider Nikos Anastasiadis ilə görüş keçirib.

Görüşdə baş katibin Kıbrıs məsələsi üzrə nümayəndəsi Espen Barth Eide də iştirak edib. Pan Gi Mun görüş zamanı 2016-ci il başa çatmadan Kıbrıs məsələsinə həll yolu tapılmasının daşıdığı əhəmiyyəti vurğulayıb və Akıncı ilə Anastasiadisə göstərdikləri səylər və xoşmərama görə təşəkkür edib.

Müsbət keçdiyi bildirilən görüşdən sonra baş katib qəsəbədən ayrılıb.

Davam edəcək Kıbrıs müzakirələrində hakimiyyət və gücün bölüşülməsi, mülkiyyət hüququ, Avropa İttifaqı və iqtisadiyyat kimi mövzuların müzakirə ediləcəyi gözlənilir.

BMT Baş katibi Pan Gi Mun ötən gün təşkil etdiyi mətbuat konfransında son 18 aydakı prosesdə iki liderin müsbət addımlar atdıqlarını söyləmişdi.

İsveçrədə keçirilən Kıbrıs müzakirələri noyabrın 11-də yekunlaşacaq.



Әlaqәli Xәbәrlәr