BMT missiyasının vəzifə müddəti uzadılıb

BMT missiyasının vəzifə müddəti BMT Təhlükəsizlik Şurası tərəfindən noyabrın 18-nə qədər uzadılıb.

600867
BMT missiyasının vəzifə müddəti uzadılıb

Suriyada kimyəvi silahdan istifadə edən tərəflərin müəyyən edilməsi məqsədilə təşkil edilən BMT missiyasının vəzifə müddəti BMT Təhlükəsizlik Şurası tərəfindən noyabrın 18-nə qədər uzadılıb.

BMT Təhlükəsizlik Şurası BMT ilə Kimyəvi Silahların Qadağan olunması Təşkilatının tərəfdaşlığı ilə təşkil edilən missiyanın vəzifə müddətinin uzadılmasını müzakirə edib.

Missiya bir illik vəzifə müddətində BMT Təhlükəsizlik Şurası tərəfindən tədqiq edilməsi istənən kimyəvi silah hücumlarını araşdırmış və 3 hadisədə Əsəd rejiminin, bir hadisədə isə DEAŞ-ın kimyəvi silahdan istifadə etdiyini sübuta yetirmişdi.

Rusiya missiyanın hesabatında ziddiyyətlər olduğunu irəli sürmüş və rejimin kimyəvi silahdan istifadə etdiyinə dair kifayət sübut olmadığını iddia etmişdi.

Missiyanın sədri Virginia Qamba isə hesabata dəstək olduqlarını bildirərək, Suriyada rejim qüvvələri tərəfindən üç dəfə kimyəvi silahdan istifadə edildiyinə dair kifayət qədər dəlil olduğunu vurğulamışdı.



Әlaqәli Xәbәrlәr