Mişel Avn Livanın prezidenti oldu

81 yaşındakı ehtiyatda olan zabit  Mişel Avn 1988-1990-cı illər arasında ölkənin baş naziri olmuşdu.

600588
Mişel Avn Livanın prezidenti oldu

Livanda 29 aydan sonra  Mişel Avn prezident seçildi.
 
 81 yaşındakı ehtiyatda olan zabit  Mişel Avn 1988-1990-cı illər arasında ölkənin baş naziri olmuşdu.
 
Mişel Avn Livan parlamentində keçirilən 46-ci iclasın ikinci mərhələdində 83 vəkilin səsini qazanaraq Livanın 13-cü prezidenti oldu.
 
 Avn çox hissəli siyasi sistemə malik ölkədə  müxtəlif qrupların dəstəyi ilə  seçildi.
 
Siyasi böhranın aradan qaldırılmasını təmin edən Səid Haririnin isə baş nazir olması gözlənilir.
 
 Ölkədəki kvota razılığına əsasən, prezident maronit xristian, parlament sədri şiə və baş nazir vəzifəsində isə sünni olur.



Әlaqәli Xәbәrlәr