“Belə getsə, bölgədə terrorçu dövlətlər yaranacaq”, H.Ruhani

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini İttifaqın İranla iqtisadi əlaqələri inkişaf etdirməkdə qərarlı olduğunu söyləyib.

599654
“Belə getsə, bölgədə terrorçu dövlətlər yaranacaq”, H.Ruhani

  Suriya böhranıyla bağlı İrana gedən Moqerini ölkə prezidenti Həsən Ruhani ilə paytaxt Tehranda görüşüb. Söhbət zamanı Avropa İttifaqı və İran arasındakı ikitərəfli əlaqələr, Suriya böhranı və regional məsələlər müzakirə edilib.

  Ruhani Suriya və İraqdakı terrorla ciddi şəkildə mübarizə aparılmazsa, Şimali Afrikaya qədər bölgədə terrorçu dövlətlərin yaranacağını söyləyib və Avropa İttifaqına terrora dəstək verən ölkələrə təzyiq etməsini istəyib.

  Nüvə müqaviləsinə də toxunan Ruhani İranın razılaşmaya əməl etdiyini, qarşı tərəfdən də eyni münasibəti gözlədiyini bildirib.

  Moqerini də öz növbəsində İranla iqtisadi əlaqələrə əhəmiyyət verdiklərini söyləyib və: "Avropa İttifaqı ortaq maraqlarımızı qorumaq üçün İranla iqtisadi əlaqələri inkişaf etdirməkdə qətiyyətlidir”, - deyib.



Әlaqәli Xәbәrlәr