"Bu adamları problemsiz Türkiyəyə geri yollayırıq", B.Borisov

Özəl televiziya kanalına müsahibə verən Bolqarıstanın Baş naziri sığınacaq axtaran insanlarların problemiylə bağlı ölkəsinin gördüyü tədbirlərdən danışıb.

596213
"Bu adamları problemsiz Türkiyəyə geri yollayırıq", B.Borisov

  Özəl televiziya kanalına müsahibə verən Bolqarıstanın Baş naziri Boyko Borisov sığınacaq axtaran insanlarların problemiylə bağlı ölkəsinin gördüyü tədbirlərdən danışıb. Hər gecə sərhəddən qaçaq keçən 200-300 immiqrant tutduqlarını deyən Borisov bu adamları problemsiz Türkiyəyə geri yolladıqlarını bildirib. Bolqarıstan Baş naziri qaçqınlar arasında Fətullahçı olub-olmayanlar arasında ayrı-seçkilik edilmədiyini söyləyib. Tutulan immiqrantları istintaqdan sonra düşərgələrə yerləşdirmək məcburiyyətində qalacaqlarını bildirən Borisov onu da qeyd edib ki, artıq düşərgələrdə belə yer qalmayıb.

  Bolqarıstan Baş naziri Boyko Borisov söhbətində 6 noyabrda olacaq prezident seçkilərinə də toxunub, türklərdən ibarət partiya və namizədinə ehtiyacları olmadığını söyləyib.

  Qeyd edək ki, cavab olaraq Bolqarıstandakı Türklərin Haqq və Azadlıqlar Hərəkatı Partiyası da əsla iqtidar ortaqlığı etmək fikrində olmadıqlarını bildirib.

 



Әlaqәli Xәbәrlәr