Mosulun Karakuş rayonunun mәrkәzindәki bәzi bölgәlәrә nәzarәt әlә keçirildi

İraq ordusu  Mosulun  DEAŞ-dan azad edilmәsi  üçün hәyata keçirilәn   əməliyyat çərçivəsində Karakuş rayonunun  mərkəzindəki  bəzi bölgələri nәzarәtinә  keçirdi, şimalda isə 112  terrorçu mәhv edildi.

595036

Bu barәdә  ordunun  dövlət televiziyasında yayımlanan açıqlamasında bildirildi.

Təhlükəsizlik qüvvələrinin  təşkilatla yaşanan qarşıdurmadan sonra  şəhərin şimal hissəsində irəlilədiyi bildirilir.

Qarşıdurmalar nәticәsindә  terror tәşkilatına aid çox sayda iri çaplı  silah-sursat, 6 bomba yüklü avtomobil, komandanlıq olaraq istifadә etdiyi bina vә 40 müdafiә xәtti mәhv edildi.

Cənubda yerlәşәn Әş-Şura qәsәbәsindә isә 5 terrorçu-kamikadze zәrәrsizlәşdirildi.

Әlaqәli Xәbәrlәr