İrandan İraq hökumǝtinǝ xǝbǝrdarlıq

İran Mehr agentliyinin  mǝlumatına  görǝ  İraqın ortaq qaz boru xətti çǝkilmǝsi razılaşması çǝrçivǝsindǝ tǝyin edilǝn pulu ödǝmǝzsǝ bu ölkəyə qaz ixrac  edilmǝyǝcǝk.

587942
İrandan İraq hökumǝtinǝ xǝbǝrdarlıq

İran Neft nazirinin müavini və Milli Qaz Şirkətinin Baş diraktoru Həmid Rza İraqi, İraq hökumətinin Tehran ilə imzaladığı ortaq qaz boru xətti layihǝsi razılaşması  çǝrçivǝsindǝ nǝzǝrdǝ tutulan pulu ödǝmǝdiyini, bu sǝbǝbdǝn İraqa qaz ixracını dayandıracaqlarını bildirib.

Bağdad hökumətinin qarşılaşdığı iqtisadi problemlərinin qaz ixracatına maneǝ törǝtdiyini ifadǝ edǝn İraqi: “İraq aylardır ödənişləri təxirə salır. Layihənin podratçı firması xüsusi sektor olduğu üçün ödəniş edilmǝzsǝ qaz ixrac etmǝmiz mümkün olmayacaq” deyǝ vurğulayıb.

Qeyd edǝk ki, 2013-ci ildǝ İran Milli Qaz Şirkəti və İraq Enerji Nazirliyi arasında Bağdad bölgəsinə qaz ötürülmǝsini nǝzǝrdǝ tutan razılaşma imzalanmışdı. Hǝmin müqavilǝyǝ görǝ İran, layihə tamamlandıqdan sonra Bağdada ildǝ 10 milyard kubmetr qaz ixrac edəcəkdi. Lakin razılaşma imzalandıqdan sonra, terror təşkilatı DEAŞ-ın bölgǝdǝ yerlǝşmǝsi və İraqın tǝyin edilǝn ödǝnişi etmǝmǝsi, layihənin həyata keçirilməsiylǝ bağlı edilǝn işlǝrin lǝngimǝsinǝ sǝbǝb olub.



Әlaqәli Xәbәrlәr