Mosulun geri alınması üçün

DAEŞ əleyhinə koalisiyanın sözçüsü, polkovnik Con Dorrian (John Dorrian) Türkiyə ordusunun dəstəyilə müxalifətin Mara bölgəsindəki əməliyyatlarda son olaraq 12 kəndi DAEŞ-in əlindən qurtardığını söyləyib.

579843
Mosulun geri alınması üçün

  Polkovnik Dorrian İraqın paytaxtı Bağdaddan Amerika Birləşmiş Ştatlarının Pentaqondakı Müdafiə Nazirliyinə bağlanaraq video-konfrans yoluyla jurnalistlərin DAEŞ-lə mübarizə ilə bağlı suallarını cavablandırıb.

  Suriyanın şimalında DAŞE-lə mübarizə aparan Fərat Qalxanı Hərəkatı daxilində başlanılan əməliyyatların davam etdiyini söyləyən Dorrian deyib: “Türkiyə ordusu Mara bölgəsindəki bir sıra kənd və rabitə xəttlərini DAEŞ-dən geri almaq üçün suriyalı müxalifətə dəstək verir. Koalisiya qüvvələri də hava hücumlarıyla bu prosesin içindədir… Türklərin gördükləri işləri dəstəkləyirik."

  DAEŞ əleyhinə koalisiyanın sözçüsü onu da bildirib ki, “Mosul əməliyyatıyla əlaqədar hazırlıqlar bütün sürətiylə davam edir”.

  Dorrian Mosulda 3 minlə 4500 arası DAEŞ terrorçusu olduğunu da söyləyib.

  Mosulun DAEŞ-dən qurtarılması əməliyyatına İraq ordusundan 8-12 hərbi briqada və İraq polisinin qatılmasını gözlədiklərini qeyd edən polkovnik Dorrian Peşmerge güclərinin və bəzi yerli qüvvələrin əməliyyata dəstək ola biləcəyi ehtimalını dilə gətirib.

  Koalisiya qüvvələrinin son bir ayda 18 DAEŞ liderini öldürdüyünü də söyləyən Dorrian bunların 13-ünün Mosuldaki hərbi kəşfiyyat qrupuna aid adlar olduğunu açıqlayıb, DAEŞ-lə mübarizə çərçivəsində bu günə qədər 15 mindən çox hava hücumu həyata keçirildiyini sözlərinə əlavə edib.

  Xatırladaq ki, İraqın ən böyük ikinci şəhəri olan və 2014-cü ilin yayından bu yana DAEŞ-in əlində olan Mosulun geri alınması üçün ABŞ-la İraq ordusu arasında koordinasiya edilən əməliyyatın hazırlıqları gedir. ABŞ Müdafiə naziri Aş Karter (Ash Carter) dünənki açıqlamasında Mosul əməliyyatına dəstək məqsədiylə İraqa əlavə 615 əsgər göndəriləcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr