Türkiyǝ ilǝ ǝlaqǝlǝri yenidǝn normallaşdırmaq istǝyirik

Misir xarici işlər naziri Samih Şükri, ölkəsinin Türkiyə ilə ǝlaqǝlǝri  yenidǝn  normallaşdırmaq istǝdiyini bildirib.

577175
Türkiyǝ ilǝ ǝlaqǝlǝri yenidǝn normallaşdırmaq istǝyirik

Misir Xarici işlǝr naziri Samih Şükri, Əl Yəvm Əs-Sabi qəzetinə verdiyi müsahibǝdǝ, Türkiyǝnin Xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə son iki həftədə Venesuela və Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatı olmaqla iki dəfə görüşdüyünü xatırladıb. Hǝmkarı ilǝ etdiyi danışıqları yüksǝk qiymǝtlǝndirǝn Şükrü,  Çavuşoğlunun da ölkǝsinin Misir ilə gərginliyǝ son qoymaq arzusunda olduğunu ifadǝ etdiyini, özünün isǝ Misirin buna hazır olduğunu bildirdiyini, Misir rəhbərliyinin, Türkiyǝ və Misir xalqları arasında köklü əlaqələrin olduğunu hǝr fürsǝtdǝ sǝslǝndirdiyini vurğulayıb.

Misirin xarici siyasətinin qatı və dəyişməz olmadığını ifadə edən Samih Şükri: “Ölkəmizin mənfəətləri, Ərəb və Körfəz xalqlarının maraqları istiqamətində, prinsiplərimizə uyğun yeni addımlar atmaqda hər zaman hazırıq. Misir, başqa ölkələrə düşməncə rəftardan imtina edǝrǝk Birləşmiş Millətlər Təşkilatının prinsipləri çərçivəsində öz xalqının maraqlarını ön planda tutan, digər xalqların haqqlarına hörmǝtlǝ yanaşan xarici siyasət mǝntiqinǝ vǝ anlayışına sahib bir ölkǝdir deyǝ vurğulayıb.



Әlaqәli Xәbәrlәr