Kıbrıs məsələsi BMT-də keçirilən üçtərəfli zirvə yığıncağında müzakirə olundu

Akıncı üç ay ərzində siyasi həll yolu tapılmayacağı təqdirdə hər kəsin öz yoluna davam edəcəyi barədə də xəbərdarlıq edib.

577014
Kıbrıs məsələsi BMT-də keçirilən üçtərəfli zirvə yığıncağında müzakirə olundu

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı və Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis BMT Baş katibi Pan Gi Munun başçılığında ABŞ-ın Nyu-Yorq şəhərində bir araya gəlib.

Baş katib yığıncaqdan sonra açıqlama verərək deyib ki, liderlərlə müsbət görüş keçirdik. Görüşdə ətraflı razılaşma əldə olunması məqsədilə keçirilən müzakirələrin nəticələrindən danışdıq.

İki lideri də göstərdikləri fövqəladə səylər və atılan addımlara görə təbrik edən baş katib tərəflərin 2016-cı ildə ətraflı razılaşma əldə olunması barədə istəkli olduqlarını vurğulayıb.

Bu fürsətin yaxşı dəyərləndirilməsinin vacibliyinə toxunan BMT Baş katibi deyib ki, qarşımızdakı proses Kıbrıs üçün həyatı əhəmiyyətə malikdir. Zaman çox önəmlidir, mənim özüm və BMT uğurlu nəticə əldə olunması üçün əlimizdən gələni yerinə yetirəcəyik.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı da bildirib ki, BMT-dən prosesə daha çox dayaq olmasını istədik. Oktyabr ayında yenidən intensiv müzakirə prosesi başlanacaq. 2016-ci ilə aid hədəf davam edir. Ümid edirəm ki, Kıbrısda həsrətini çəkdiyimiz sülh iki tərəfi də qane edəcək qarşılıqlı qəbul edilə bilən sülhün şərtlərinə malik olsun. Anastasiadis daxil hər kəs zaman faktının nə qədər önəmli olduğunu bilir və bu prosesi yubatmaq anlayışının heç kəsə xeyri olmayacaqdır.

Akıncı beynəlxalq bir razılaşmada zamin ölkələrin olmasının vacibliyinə də toxunub.

Mustafa Akıncı TRT-yə verdiyi özəl açıqlamada isə bildirib ki, müzakirələrdə müsbət nəticə əldə edilməsi Rum tərəfinin də müsbət niyyətindən  asılıdır.

Akıncı üç ay ərzində siyasi həll yolu tapılmayacağı təqdirdə hər kəsin öz yoluna davam edəcəyi barədə də xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr