Keklicǝ kǝndinǝ nǝzarǝt  ǝlǝ keçirildi.

Türk Silahlı Qüvvələrinin Cerablus bölgəsindəki terror təşkilatı DEAŞ-a istiqamətli başlatdığı  Fırat Qalxanı Əməliyyatı  nǝticǝsindǝ Azad Suriya Ordusu Keklicǝ kəndinǝ nǝzarǝti ǝlǝ keçirib.

558433
Keklicǝ kǝndinǝ nǝzarǝt  ǝlǝ keçirildi.

Bu gün səhər radǝlǝrindǝ Cerablus bölgəsinin terror təşkilatı DEAŞ-dan azad edilmǝsi mǝqsǝdiylǝ başladılan ǝmǝliyyat davam edir. Azad Suriya ordusu Türkiyə sərhədindən 3 kilometr cənubda,  Cerablus  qǝsǝbǝsinin isǝ 5 kilometr qərbində yerlǝşǝn Keklicǝ kəndinǝ nǝzarǝti ǝlǝ keçirib. Kənddǝ yerləşən azad suriya ordusu bu  nöqtǝdǝn şərqdǝki Cerablusun mǝrkǝzinǝ irǝlilǝyǝ bilmǝk üçün kəndin ətrafında tǝhlükǝsizlik tǝdbirlǝri görür.

TSQ dǝ Cerablus bölgəsindəki DEAŞ hədəflərinǝ zǝrbǝ endirmǝkdǝ davam edir.

Azad Suriya Ordu qüvvǝlǝrinin zirehli birlǝşmǝlǝrin müşayiǝtindǝ Cerablus qǝsǝbǝsinǝ hərəkəti gözlǝnilir.



Әlaqәli Xәbәrlәr