Qəzza yenə İsrailin bombardmanı altındadır

İsrail Qəzzanı yenidən bombaladı.

556921
Qəzza yenə İsrailin bombardmanı altındadır

İsrail tankları və döyüş təyyarələri Qəzzanın şimal sərhədini bombaladı, 50-dən çox hədəfi vurdu.

Hücumlar nəticəsində 5 fələstinli yaralandı.

 Atılan bombalardan biri Beyt Hanun şəhərindəki su qülləsinə tuş gəldi.

İsrail ordusu verdiyi yazılı açıqlamada hücumun əsas səbəbinin Qəzzadan İsraildəki boş əraziyə raket atılması olduğunu iddia edilir.

Açıqlamada: “Qəzzada gərginliyin artmasını istəmirik” deyə qeyd olunur.

Həmas isə İsrailin hücumunu Qəzzada balansı dəyişdirmə cəhdi kimi dəyərləndirir və  bu növ hücumların Fələstin xalqının iradəsini qıra bilməyəcəyini bildirir.

 


Etiketlәr: #İsrail , #Qəzza , #Həmas

Әlaqәli Xәbәrlәr