Rusiyaya məxsus döyüş təyyarələri İdlibi bombaladı

Suriyada müxalifət qüvvələrinin nəzarətində olan İdlibə Rusiya döyüş təyyarələrinin bomba yağdırması nəticəsində aralarında qadın və uşaqların da olduğu 15 nəfər ölüb, 23 yaralı var.

554165
Rusiyaya məxsus döyüş təyyarələri İdlibi bombaladı
suriye çobanbey deaş.jpg
suriye çobanbey deaş.jpg

Suriyada müxalifət qüvvələrinin nəzarətində olan İdlibə Rusiya döyüş təyyarələrinin bomba yağdırması nəticəsində aralarında qadın və uşaqların da olduğu 15 nəfər ölüb, 23 yaralı var.

Hücum nəticəsində 11 iş yeri və xeyli sayda avtomiobil tamamilə yararsız hala düşüb. 8 yaşayış binası isə yarı dağılmış vəziyyətdədir.

Rusiyanın hava qırıcıları sentyabrın 30-dan başlayaraq İdlib, Həma və Hələbdə müxalifətin idarəsində olan məktəb, xəstəxana, ticarət mərkəzi və yaşayış məntəqələrinə hücum təşkil edir.

Digər tərəfdən Suriyada müxalifət qüvvələri Hələbin şimal-şərqində strateji əhəmiyyətə malik olan Çobanbey bölgəsinin idarəsini terror təşkilatı DAEŞ-dən geri alıb. Qarşıdurmalarda terror təşkilatının 2 üzvü əsir alınıb, xeyli sayda üzvü isə zərərsizləşdirilib.

Bölgədə DAEŞ-a məxsus 3 bomba yüklü nəqliyyat vasitəsi də məhv edilib.

Bölgədəki əməliyyatlara Sultan Murat Briqadası, Mutasım, Feylek eş-Şam və Şam Cəbhəsinə bağlı olan bəzi qruplar da qoşulub.

Qeyd edək ki, müxalifət qüvvələri aprel ayında Çobanbeyin idarəsini DAEŞ-dən almışdı, lakin terror təşkilatının ardıcıl hücumları nəticəsində geri çəkilmək məcburiyyətində qalmışdı.



Әlaqәli Xәbәrlәr