“Türkiyə ilə münasibətlərin bərpasına səmimi şəkildə cəhd göstəririk”, V.Putin

Rusiya prezidenti Vladimir Putin ölkəsi üçün dost olan Türkiyə ilə hər sahədəki əlaqələrin bərpası üçün səmimi şəkildə cəhd göstərdiklərini söyləyib.

553031

Putin Qazaxıstan prezidenti Nur Sultan Nazarbayev ilə Soçidə keçirdiyi görüşün mətbuata açıq hissəsində Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş və Rusiya-Türkiyə əlaqələrinin normallaşma prosesi haqqında açıqlama verib.

Putin deyib ki, bizim üçün dost olan və uzun illərdir misilsiz səviyyədə əməkdaşlıq etdiyimiz Türkiyə ilə əlaqələrimizin hər sahədə bərpası üçün səmimi şəkildə cəhd göstəririk. Dövlət başçısı Ərdoğanın Rusiyaya reallaşdırdığı son səfər ikitərəfli əlaqələrimizə sadəcə yenidən fəallıq qazandırmağı deyil, inkişaf etdirmək üçün də əhatəli fəaliyyət göstərməyə qarşılıqlı olaraq istəkli olduğumuzu göstərdi.

Putin Rusiya-Türkiyə münasibətlərinin bərpasında vasitəçilik etdiyinə görə Qazaxıstan prezidentinə də minnətdarlığını bildirib.

Nazarbayev də Ankara və Moskva arasındakı əlaqələrin normallaşmasından məmnuniyyətini dilə gətirib.

Әlaqәli Xәbәrlәr