Pakistana mǝxsus Mi-17 tipli vertolyot qǝzaya düşüb

Əfqanıstanın Loqar vilayətində Pakistan hava qüvvǝlǝrinǝ mǝxsus bir vertolyot qǝzaya uğrayıb.

545553
Pakistana mǝxsus Mi-17 tipli vertolyot qǝzaya düşüb

Pakistanın Loqar vilayǝti icra hakimiyyǝt başçılığının nümayǝndǝsi Səlim Salehin mǝlumatına görǝ Pakistana aid vertolyot, Loqarın Azra rayonunda Talibanın nǝzarǝtindǝki ǝraziyǝ düşdüşüb.

Saleh, qǝzadan sonra yanan vertolyotun ekipajı haqqda mǝlumat olmadığını bildirib.

Pakistanın Kabil səfirliyinin sözçüsü Akhtar Munir də Pakistana mǝxsus Mi-17 vertolyotun Loqarda qǝzaya düşdüyünü və ekipajın xilas olub olmadığının araşdırıldığını açıqlayıb.

Əfqan rǝsmilǝr isǝ, helikopterdǝ 6-sı Pakistanlı, biri Rus olmaqla 7 nǝfǝrlik heyǝtin Taliban silahlılarının ǝlindǝ olduğunu qeyd edirlǝr. Lakin Taliban mövzu ilǝ bağlı hǝlǝlik bǝyanat yaymayıb.

 



Әlaqәli Xәbәrlәr