İnşası planlaşdırılan məscid hökumətdə problemə səbəb oldu

Yunanıstanın paytaxtı Afinada tikilməsi planlaşdırılan məscid hökumətdə problem yaratdı.

544431
İnşası planlaşdırılan məscid hökumətdə problemə səbəb oldu

Yunanıstanın paytaxtı Afinada tikilməsi planlaşdırılan məscid hökumətdə problem yaratdı.

Məscid üçün Məclisdə müzakirə edilən təklif barəsində hökumətin şərikləri SYPIZA və ANEL arasında razılıq əldə oluna bilməyib.

ANEL millət vəkili Yorgos Lazaridis məscidin inşaasının əleyhinə səs verəcəklərini açıqlayıb. SYRIZA millət vəkili və Xarici İşlər naziri Yannis Amanatidis təklifin lehinə səs verilməsi üçün çağırış edib.

Amanatidis Afinanın Avropada məscidi olmayan yeganə paytaxt olduğunu xatırladaraq, bu vəziyyətin dini azadlıqlar mənasında mənfi beynəlxalq hesabatlar hazırlanmasına səbəb olduğunu bildirib.

ANEL ilə yanaşı radikal sağçı Altın Şəfəq Partiyası da təklif əleyhinə səs verib. Ana müxalifət partiyası Yeni Demokratiya, PASOK, Nəhir və Yunanıstan Kommunist Partiyası təklif lehinə səs veriblər.

10 il əvvəl qəbul edilən qanuna baxmayaraq Afinada dövlət tərəfindən tikiləcək məscidin inşaasına  məhkəmə prosesləri və bürokratik əngəllər törədilərək hələ də başlana bilməyib.



Әlaqәli Xәbәrlәr