70 min İraqlı evini tǝrk edib

Mosul vǝ sǝlahǝddin  şǝhǝrlǝrindǝ yaşayan 70 mindǝn çox insan  evini  tǝrk etmǝk mǝcburiyyǝtindǝ  qalıb

543789
70 min İraqlı evini tǝrk edib

İraqın Mosul və Səlahəddin şǝhǝrlǝrindǝ terror təşkilatı DEAŞ ilə təhlükəsizlik qüvvǝlǝri arasında davam edǝn qarşıdurmalardan ǝn çox tǝsirlǝnǝnlǝr dinç sakinlǝr olur.Bölgǝdǝ, sabitsizlik sǝbǝbindǝn evlərini tərk etmək məcburiyyətində qalanların sayı 70 min nǝfǝri ötüb.

İraq qızıl aypara cǝmiyyǝtinin açıqlamasında evlərini tərk etmək məcburiyyətində qalanların 30 mindən çoxunun Mosulun Mahmur qǝsǝbǝsindǝki Dibeg Çadır Düşərgəsinə sığındıqları bildirilib. 40 mindən çox qaçqının isǝ Sǝlahǝddinin mərkəzi Tikrit şəhərinə, bəzisinin isə Kərkük ilə İraq Kürd Regional Rǝhbǝrliyinin nǝzarǝtindǝki bölgələrdə yerləşdiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr