Bağdad vǝ Ramadi şǝhǝrlǝrindǝ bombalı hücumlar törǝdilib

İraqın paytaxtı Bağdad və Ramadi şəhərindǝ şiddǝtli partlayışlar baş verib. Hadisǝlǝr nǝticǝsindǝ 10 nǝfǝr hǝyatını itirib, 27-si yaralanıb.

543412
Bağdad vǝ Ramadi şǝhǝrlǝrindǝ bombalı hücumlar törǝdilib

İraq təhlükəsizlik mǝnbǝlǝrin məlumatına görə, Ramadi şəhərinin şərqində yerlǝşǝn Əl-Halidiyyǝ bölgəsində terror təşkilatı DEAŞ tərəfindən şosǝdǝ yerlǝşdirilǝn bomba hərbi texnikanın keçdiyi ǝsnada partladılıb. Nǝticǝdǝ 7 əsgər həyatını itirib, 13 nǝfǝr yaralanıb. Bağdadın Et-Talibiyyǝ bölgəsində yerlǝşǝn Sənaye məhəlləsində dǝ hǝyata keçirilǝn bombalı hücum nǝticǝsindǝ 2 nǝfǝr hǝyatını itirib, 5 nəfər xǝsarǝt alıb. Paytaxt Bağdadın Mahmudiyyǝ sǝmtindǝ isǝ, bir bombanın partlaması nəticəsində 1 nəfər   ölüb, 9-u yaralanıb.

Qeyd edǝk ki, İraqda, bəzi bölgələrǝ nǝzarǝt DEAŞ  qruplaşmasına keçdikdǝn sonra paytaxt Bağdad başda olmaqla ölkǝnin bir çox şəhərindǝ şiddǝt hadisələri və bombalı hücumlar da artım qeydǝ alınıb.

İraqlı rǝsmilǝrǝ  görǝ  ölkǝdǝki bombalı hücumlar terror qruplaşması DEAŞ ilǝ ǝmǝkdaşlıq edǝn sillahlılar tǝrǝfindǝn törǝdilir. 



Әlaqәli Xәbәrlәr