Çavuşoğlu ilǝ Lavrovun görüşü başa çatıb

Rusiyanın Soçi şǝhǝrindǝ sǝfǝrdǝ olan Çavuşoğlu görüşlǝri çǝrçivǝsindǝ Lavrov ilǝ dǝ bir araya gǝlib.

522298
Çavuşoğlu ilǝ Lavrovun görüşü başa çatıb

Qara dǝniz İqtisadi Әmǝkdaşlıq Tǝşkilatı Xarici İşlǝr Nazirlǝri Şurasının iclasında iştirak etmǝk mǝqsǝdi ilǝ Rusiyanın Soçi şǝhǝrindǝ sǝfǝrdǝ olan Çavuşoğlu görüşlǝri çǝrçivǝsindǝ Lavrov ilǝ dǝ bir araya gǝlib.

Rusiya ilǝ 2015-ci il noyabrın 15-dǝ yaşanan tǝyyarǝ böhranından sonra bu ölkǝyǝ ilk dǝfǝ sǝfǝr edǝn Çavuşoğlu görüşdǝn sonra verdiyi açıqlamada iclasa dəvət etdiyi üçün Sergey Lavrova təşəkkür etdiyini bildirǝrǝk deyib ki, hər iki ölkə başçısı telefonla danışıb. Bu danışıq çox konstruktiv keçib və onlar bizi bu müzakirələri davam etdirərək münasibətləri normallaşdırmaq və əlaqələri lazımi səviyyəyə çatdırmaq barədə təlimatlandırıblar”.

Çavuşoğlu Lavrov ilǝ görüşün konstruktiv keçdiyini və regional məsələləri müzakirə etdiklərini söyləyib. 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isǝ Çavuşoğluna Soçidə keçirilən iclasda iştirak etdiyinǝ görǝ tǝşǝkkür edib. O bildirib ki, hazırda ehtiyac olan məsələlərin müzakirəsi üçün yaxşı imkan var.

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu daha sonra Qara dǝniz İqtisati Әmǝkdaşlıq Tǝşkilatının Nazirlǝri Şurasının iclasında iştirak edib.

Çavuşoğlu açıqlama verǝrǝk deyib ki, Tǝşkilat Avropa vǝ Asiya arasında körpülǝr qurulması baxımından önǝmli bir tǝşkilatdır. Tǝşkilat 1990-cı illǝrin ǝvvǝlindǝki çǝtinliklǝr qarşı bir cavab kimi yaradılmışdır. Hal-hazırda dünya eyni dünya deyil. Qlobal vǝ regional problemlǝr fǝrqlidir. Eyni anda istifadǝ etmǝk üçün fǝrqli vasitǝlǝrimiz vǝ seçimlǝrimiz var. Bu tǝşkilat ümumi olaraq ǝmǝkdaşlığı diqqǝt mǝrkǝzindǝ saxlamalıdır.  Bu, sadǝcǝ geniş miqyaslı bir islahat prosesi ilǝ mümkün ola bilǝr.

Lavrov da açılış nitqindǝ Qara dǝniz İqtisadi Әmǝkdaşlıq Tǝşkilatının bölgǝdǝki iqtisadi vǝ ticarǝt sahǝsindǝki ǝmǝkdaşlığın inkişafına töhfǝ verdiyini ifadǝ edib.

Tǝşkilatın baş katibi Viktor Tvircun İstanbulda Atatürk Hava Limanında törǝdilǝn terror hücumuna görǝ Xarici İşlǝr naziri Çavuşoğlu vǝ Türk xalqına başsağlığı dilǝyib.

Lavrovun ev sahibliyindǝ keçirilǝn toplantıda Tǝşkilatın gündǝmindǝ yer tutan regional iqtisadi ǝmǝkdaşlığa dair mövzular müzakirǝ olunub.



Әlaqәli Xәbәrlәr