Steffan de Mistura Suriya danışıqları ilә bağlı açıqlama verib

Birləşmiş Millətlər Təşkilatının  Suriya üzrә  xüsusi nümayəndəsi Staffan də Mistura  Suriya danışıqlarına  iyul ayında yenidәn başlamaq  istədiklərini ancaq bir sıra zәmanәt әldә etmәdәn  tərəfləri toplamayacaqlarını  bildirib.

521127

 BMT Təhlükəsizlik Şurası Suriyadakı siyasi keçid prosesi və danışıqlardakı son vəziyyəti müzakirə edib.

Mәtbuata qapalı keçәn   toplantıdan sonra   açıqlama verən  Steffan də Mistura  ilk olaraq İstanbulda törәdilәn terror hücumuna toxunub.

Steffan de Mistura ‘‘Bu hadisә  BMT Təhlükəsizlik Şurasındakı bütün tərəflərə terrorla mübarizənin ilkin prioritet olduğunu  xatırlatdı’’ deyib.

 Mistura Suriya üzrә danışıqlara da toxunaraq: ‘‘Danışıqlar ancaq siyasi mәnada  irәlilәyiş әldә olduğu tәqdirdә başlayacaq’’ deyib.

Әlaqәli Xәbәrlәr