Kərkükün bəzi əraziləri azad olunsa da təhlükə tam sovuşmayıb

Kərkükün türkmənlər yaşayan Bəşir kəndi terror təşkilatı DEAŞ-dan azad edilməsinə baxmayaraq, təhlükə tam sovuşmayıb.

517006
Kərkükün bəzi əraziləri azad olunsa da təhlükə tam sovuşmayıb

Kərkükün türkmənlər yaşayan Bəşir kəndi terror təşkilatı DEAŞ-dan azad edilməsinə baxmayaraq, təhlükə tam sovuşmayıb.
 
Şiə Polis Qüvvələrinin Bəşirdəki bölük komandirinin müavini İsam Nuri deyib ki, bölgəyə hər gün mərmilər düşür, katyuşa raketləri ilə hücumlar ara vermir.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında 1 kilometr məsafə var. Atılan raketlərin bir qismi zəhərlidir. Burada xidmət edən bir çox təhlükəsizlik işçisi və polis bu hücumlar nəticəsində yaralanıb.
 
Bəşir kəndi üzərindəki təhlükənin aradan qaldırılması üçün DEAŞ-ın əlində olan Havicə rayonunun geri alınmasının vacib olduğunu vurğulayan İsam Nuri onu da bildirib ki, bəzi ərazilərin azad edilməsinə baxmayaraq, insanlar təhlükəsizliklə əlaqədar evlərinə geri dönə bilmirlər.



Әlaqәli Xәbәrlәr