"Qarabağ probleminin həlli üçün ermǝni silahlı qüvvələrinin bölgədən çıxarılması vacibdir",İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Qarabağ probleminin həlli üçün  ermǝni silahlı qüvvәlәrinin bölgədən çıkarılmasının vacibliyini dilə gətirib.

514792

İlham Əliyev Putinlə keçirdiyi ikitərəfli görüşdə Qarabağdakı status-kvonun qəbuledilməz olduğunu söyləyib.

Əliyev deyib ki, Qarabağ probleminin həlli istiqamətində gözlənti var. Bu mərhələdə isə təsisedici dinamikaların işə daxil olacağına ümid edirəm.

Sankt-Peterburda keçirilən üçtərəfli görüşdə isə Azərbaycan-Rusiya və Ermǝnistan prezidenləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə prezidentlərin Sankt-Peterburq sammitinin yekunları ilə bağlı qəbul olunan birgə bəyanatında bildirilib.

"Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər.

Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı razılaşmanın əldə olunduğunu ifadə ediblər.",-deyə bəyanatda vurğulanıb.

Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları da ifadə olunub.

Әlaqәli Xәbәrlәr