Beynəlxalq koalisiya qüvvələri Münbiçdə DEAŞ hədəflərini vurdu
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi terror təşkilatı DEAŞ əleyhinə beynəlxalq koalisiya qüvvələri Suriyanın şimalında yerləşən Münbiçdəki DEAŞ hədəflərini vurdu.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən yazılı məlumatda ABŞ-ın rəhbərliyindəki qüvvələrin dünən Suriyada döyüş və pilotsuz uçuş aparatları ilə DEAŞ hədəflərinə 16 hava hücumu təşkil etdiyi qeyd olunur.
DEAŞ-dan geri alınması üçün iyunun 1-dən etibarən əməliyyatların davam etdiyi Münbiçə 9 hava hücumunun təşkil olunduğu bildirilən məlumatda hücumlarda təşkilatın taktika sahələrinin, döyüş mövqelərinin və vasitələrinin yararsız hala gətirildiyi ifadə edilir.
Məlumatda Suriyadakı digər hücumların Mera, Əbu Kamal, Rakka, Eyn Isa və Deyruz Zor ətrafında keçirildiyi də bildirilir.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir