Məhəmməd Mursiyə 40 il həbs cəzası verildi

Aralarında jurnalistlərin də olduğu Qətərə casusluqda ittiham olunanlardan 6 müttəhim edam, 4-ü isə həbs cəzalarına məhkum edilib

513785
Məhəmməd Mursiyə 40 il həbs cəzası verildi

  Misirdə Qahirə Cəza Məhkəməsi vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursiyə onu ölkədə terror təşkilatı olaraq qəbul edilən “Müsəlman Qardaşlar”a rəhbərlik etməkdə günahlandıraraq 25 il, dövlətə aid gizli sənədləri Qətərə sızdırmaqda isə 15 il olmaqla ümumi 40 il həbs cəzası verib.

  Misir dövlət televiziyası tərəfindən canlı yayımlanan Məhkəmə iclasında Mursi Qətərə cəsusluqda ittiham olunub. Aralarında jurnalistlərin də olduğu Qətərə casusluqda ittiham olunanlardan 6 müttəhim edam, 4-ü isə həbs cəzalarına məhkum edilib.

  Anadolu Agentliyinə açıqlama verən Mursinin vəkili Usame Halva deyib ki, “Mursiyə 40 il həbs cəzası verilsə də, qanunlara görə, ona ömürlük həbs cəzası tətbiq olunacaq... Qahirə Cəza Məhkəməsinin qərarına etirazımızı bildirəcəyik”.



Әlaqәli Xәbәrlәr