Rusiya - Avropa İttifaqı: istək və təzadlar

“Avropalı tərəfdaşlarla razılığa hazırıq… Tək tərəfli oyun olmaz”, V.Putin

513478
Rusiya - Avropa İttifaqı: istək və təzadlar

  Rusiya prezidenti Vladimir Putin ölkəsinin Avropa İttifaqı ilə əlaqələrini bərpa etmək istədiklərini, bununçün addım atmağa hazır olduqlarını söyləyib.

  Sankt Peterburq şəhərində təşkil edilən Beynəlxalq İqtisadi Forumda danışan Putin Aİ-nin Rusiyanın əhəmiyyətli ortağı olduğunu qeyd edərək əlaqələri düzəltmək çağırışı edib.

  Avropa İttifaqına kin bəsləmədiklərini bildirən Putin deyib: “Avropalı tərəfdaşlarla razılığa hazırıq… Tək tərəfli oyun olmaz. Almaniya və Fransa rəsmi nümayəndələrilə etdiyim danışıqlar göstərir ki, Avropa iş dünyası da bizimlə iş birliyi qurmaq istəyir. Siyasətçilər iş adamlarının səsinə qulaq verməli, uzaqgörən olmalıdır. Rusiya-Avropa münasibətlərində etibar və əməkdaşlıq lazımdır."

  Avropa Komissiyasının sədri Cin Klaud Yunker (Jean-Claude Juncker) də Forumda etdiyi çıxışında: "Rusiya və Avropa İttifaqı, heç nəyə baxmayaraq, dialoqa davam etməlidir", deyib.

  Bununla belə, Avropa İttifaqı Rusiyanın 2014-cü ildə Krımı işğalı ilə bağlı qoyduğu sanksiyaları yenə bir il uzadıb. Sanksiyalar Aİ-yə üzv ölkələrin Krımda sərmayə qoymaları, gəmilərinin Krım limanlarına yaxınlaşması və müasir texnologiya məhsulları satışını qadağan edir.



Әlaqәli Xәbәrlәr