Suriya ordusu və rus təyyarələri müxaliflərin nəzarətindəki bölgələrə hava hücumu təşkil etdilər

Suriya ordusu ilə rus təyyarələrinin paytaxt Dəməşq, Hələb və İdlibdə müxaliflərin nəzarətindəki bölgələrə çəllək bombası ilə təşkil etdikləri hücumda 28 nəfər öldü, 55 nəfər yaralandı.

511011
Suriya ordusu və rus təyyarələri  müxaliflərin nəzarətindəki bölgələrə hava  hücumu təşkil etdilər

  Mülki müdafiə rəsmilərindən alınan məlumata görə, orduya aid helikopterlər ilə rus təyyarələrinin Hələbdə hakimiyyət əleyhdarlarının nəzarətindəki Salihiyyin, Firedevs və Səlahəddin səmti ilə Kafr Hamra bölgəsi və Hreytan qəsəbəsinə təşkil etdiyi hava hücumunda aralarında qadın və uşaqların da olduğu 20 mülki vətəndaş həyatını itirdi, 40 nəfər yaralandı.
 
 Rejimə aid helikopterin İdlibin əl Bara kəndinə keçirdiyi çəllək bombası hücumunda isə 8 nəfər həyatını itirdi, 15 nəfər yaralandı.
 
Hücumun  İdlib və Hələbə böyük maddi ziyan verdiyini qeyd edən rəsmi şəxslər, Hələbdəki bombardmanda çox sayda nəqliyyat vasitələsinin istifadəyə yararsız hala gəldiyini bildirdilər.
 
 Bu arada, paytaxt Dəməşqin Şərqi Quta bölgəsinini yerli aktivistlərindən Ammar əl Buşi isə rejimə aid döyüş təyyarələrinin Dəməşqin Şifoniye bölgəsinə etdiyi 15 hava hücumunda çox sayda insanın yaralandığı barədə məlumat verdi.
 



Әlaqәli Xәbәrlәr