DEAŞ-ın mövqelәri mәhv edilib

Suriyada  terror təşkilatı DAEŞ-a aid mövqelәr Fırtına mərmiləri və koalisiyaya məxsus döyüş təyyarələri ilə vuruldu. Әmәliyyat nәticәsindә terror tәşkilatının 8 üzvü zәrәrsizlәşdirilib.

509217

 Suriyadan Türkiyәyә atәş açmağa  hazırlaşan vә terror tәşkilatı DEAŞ-a aid olduğu müәyyәn edilәn 11 hәdәf Fırtına mәrmilәri ilә vurulub.

 Koalisiya qüvvәlәrinә aid döyüş tәyyarәlәri  dә Cakka vә Duvaybikdә  üç hava әmәliyyatı hәyata keçirib.

Terror tәşkilatı DEAŞ-ın nәzarәtindәki  Gözәl Mәzra vә Yeni Yaban bölgәlәri dә müxalifәt qüvvәlәrinin nәzarәtinә keçib.

 Digәr tәrәfdәn Türk Silahlı Qüvvәlәrinin Siirtin  Beytuşәbab kәndindә hәyata keçirdiklәri hava әmәliyyatı nәticәsindә terrorçulara aid altı hәdәf  mәhv edilib.

Hakkarinin Şәmdinli qәsәbәsindә isә terrorçuların  hәrbi bazaya tәşkil etdiklәri hücum nәticәsindә altı terrorçu zәrәrsizlәşdirilib.

Etiketlәr: #Suriya , #DEAŞ , #hava hücumu

Әlaqәli Xәbәrlәr