İran Qərbi terrorla bağlı ikili standartda ittiham edib

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamhani terror təşkilatı DAEŞ-dən bir vasitə kimi istifadə edən və İsraili dəstəkləyən Amerika Birləşmiş Ştatlarını ölkəsini terrora yardım edən dövlətlər siyahısına salmasını tənqid edib

504943
İran Qərbi terrorla bağlı ikili standartda ittiham edib

  Şamhani bu mövqenin təhlükəsizlik tədbirlərilə heç bir əlaqəsinin olmadığını, sadəcə Qərbin terrorla bağlı ikili standartlarını ifadə etdiyini vurğulayıb.

  Qeyd edək ki, ABŞ Dövlət Departamenti cümə günü yaydığı illik hesabatında rəsmi Tehranı terroru dəstəkləməkdə təqsirləndirib.

  Hesabatda bildirilir ki, İran 2015-ci ildə də terroru dəstəkləyən ölkə sayılıb.



Әlaqәli Xәbәrlәr