Yunanıstan-Makedoniya düşərgələrində miqrantların yeri dəyişdirildi

Miqrantlar avtobuslarla Saloniki şəhərindən kənarda olan düşərgələrə aparılıb

497384
Yunanıstan-Makedoniya düşərgələrində miqrantların yeri dəyişdirildi

  Yunanıstan-Makedoniya sərhədindəki İdomeni qaçqın düşərgəsindən 2 mindən çox adamın yeri dəyişdirilib.

  Miqrantlar avtobuslarla Saloniki şəhərindən kənarda olan düşərgələrə aparılıb. Yerdəyişmədə vertolyotların köməyilə 1400 polis iştirak edib.

  Təxliyyənin 10 gün davam edəcəyi bildirilir. 

  Mətbuata düşərgəyə daxil olmaq və sərhəddən görüntülər əldə etmək qadağan olunub.  

  Qeyd edək ki, rəsmi məlumatlara görə, İdomeni düşərgəsində çətin şəraitdə yaşayan 8199 qaçqın var. 

  Digər tərəfdən, düşərgədə olan könüllülər miqrantların Yunanıstanın digər düşərgələrə yerləşdirilməsinə etiraz edirlər. Nümayişçilər böhranın həlli üçün sərhədlərin açılmasını və miqrantların Avropa ölkələrinə keçməsinə icazə verilməsini istəyirlər. 



Әlaqәli Xәbәrlәr