Terror təşkilatı DEAŞ, İraqda 2 min ailəni canlı qalxan olaraq istifadə edir.

Ölkənin qərbində yerlǝşǝn Ənbar vilayətinin Fǝlluca şǝhǝrinin cənubunda iki min ailǝnin yaşadığı iki kəndi  mühasirǝyǝ  salan terror təşkilatı, kəndlərdəki gənclǝri də Fǝllucadaki həbsxanalara göndǝrir.

486510
Terror təşkilatı DEAŞ, İraqda 2 min ailəni canlı qalxan olaraq istifadə edir.

Terror təşkilatının mühasirǝsi   altındakı   iki  kǝnddǝ   yaşayan 2 min ailənin çoxu qadın, uşaq və qoçalardan ibarətdir

Əldǝ edilǝn mǝlumata görǝ İraq təhlükəsizlik qüvvǝlǝri vǝ silahlı tayfalar kəndlǝri terror təşkilatı DEAŞ-dan tǝmizlǝmǝk və ailələri xilas etmǝk üçün lazımlı hərbi hazırlıqları tamamlayıblar.

Qeyd edǝk ki, İraq ordusu, Cümə axşamı günü Ənbar vilayətinin Fəlluca şǝhǝrinin yaxınında yerlǝşǝn altı kəndi  DEAŞ-ın ǝlindǝn yenidǝn  almışdı. 

 



Әlaqәli Xәbәrlәr