İki icmanın liderlǝri bugün yenidǝn bir araya geldi

Kıbrısdakı iki icmanın liderləri arasında aprel ayında aparılan danışıqlarda əhəmiyyətli irəliləyişlər qeyd edildiyi bildirilib.

485655
İki icmanın liderlǝri bugün yenidǝn bir araya geldi

Şimali Kıbrıs Türk Cümhuriyyǝti prezidenti Mustafa Akıncı və Cənubi Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis Kıbrıs probleminǝ həll yolu tapmağı qarşısına məqsəd qoyan birbaşa danışıqlar çərçivəsində, Birləşmiş Millətlər (BMT) nəzarətindəki ara bölgədə bugün yenidən bir araya gəlib.

 "Mülkiyyət" və "İdarəetmə" başlıqlarının müzakirə ediləcəyi görüş ərəfəsində mayın 4-dǝ kıbrıslı Türk müzakirǝçi Özdil Nami və Rum müzakirǝçi Andreas Mavroyannis bir araya gələrək, razılıq ǝldǝ edilmiş ǝsasların siyahısının hazırlanması və bəzi məsələlərdəki münaqişələrin azaldılması istiqamətindəki səylərini davam etdiriblǝr.

 Kıbrısdakı iki icmanın liderləri arasında aprel ayında aparılan danışıqlarda əhəmiyyətli irəliləyişlər qeyd edildiyi "Mülkiyyət" və "İdarəetmə" başlıqlarının sona çatdırılması üçün liderlərin bu məsələlərə diqqət mǝrkǝzindǝ saxladıqları bildirilir.

 Liderlər arasındakı son görüş aprelin 25-dǝ baş tutmuş və Prezident Mustafa Akıncı; bəzi başlıqlarda qǝbul edilǝn razılışma və yanaşmaları tamamilǝ bir anlaşmaya çevirmək mǝqsǝdilǝ əhəmiyyətli bir görüş keçirdik" - demişdi.

 Digər tərəfdən Rum lider Nikos Anastasiadis də aparılan danışıqlara dair qısa  müddət əvvəl verdiyi açıqlamada müəyyən məsələlərdə əldə olunan irəliləyişi və ümumi anlayışı təsdiq edərək bildirmişdi ki, artıq həqiqətən çox mühüm bir mərhələyə daxil olmaq mǝrhǝlǝsindǝyik.

 Anastasiadise görə Kıbrıs probleminə həll yolu tapmaq səyləri yaxın aylarda daha da intensivləşəcək.



Әlaqәli Xәbәrlәr