İsrail polisi daha iki Fǝlǝstinlini öldürüb

İsrail sərhəd mǝntǝqǝsi polisi, İordan çayının qǝrb sahilindǝn Qüdsə keçilən Kalendiyǝ hərbi mǝntǝqǝdǝ, biri qadın olmaqla 2 fələstinlini öldürüb

479341
İsrail polisi daha iki Fǝlǝstinlini öldürüb

İsrail sərhəd mǝntǝqǝsi polisi, İordan çayının qǝrb sahilindǝn Qüdsə keçilən Kalendiyǝ hərbi mǝntǝqǝdǝ, biri qadın olmaqla 2 fələstinlini öldürüb.Onların  hücuma  cǝhd  etdiklǝri   irǝli  sürülüb.  

İsrail polis idarǝsindǝn verilǝn açıqlamada, iki Fǝlǝstinlinin ölümü ilǝ nǝticǝlǝnǝn hadisǝdǝ yaralanan İsrailli olmadığı qeyd edilib.

Fələstin Səhiyyə Nazirliyi, öldürülənlərin birinin Maram Saleh Həsən Əbu İsmail adlı 24 yaşlı Fələstinli qadın olduğunu açıqlayıb.

Qeyd edǝk ki, ötǝn il oktyabr ayından bǝri İsrail qüvvələri tərəfindən öldürülən fələstinlilərin sayı 205 nǝfǝrǝ çatıb. Hǝmin dövrdǝ baş verǝn hadisǝlǝrdǝ 29 İsrailli və 4 turist də həyatını itirib.

 



Әlaqәli Xәbәrlәr